Şənbə, 20 Aprel

ABŞ öldürdüyü əfqanların yaxınlarına təzminat ödəyəcək

image

ABŞ Kabildə avqustda həyata keçirdiyi hava hücumu zamanı həlak olan 10 əfqanın yaxınlarına təzminat ödəyəcək.

Xəbər verilir ki, bu barədə Pentaqon sözçüsü Con Kirbi məlumat verib.

O bildirib ki, Pentaqon rəhbərinin müşaviri Kolin Kal və hücum zamanı həyatını itirən Zemari Əhmədinin çalışdığı “Nutrition and Education International” şirkətinin rəhbəri Stiven Kvon arasında baş tutan görüşdən sonra belə bir qərar qəbul edilib.

Qeyd edək ki, ABŞ-ın avqustun 29-da Kabil hava limanı yaxınlığında apardığı hava əməliyyatı zamanı 7-si azyaşlı olmaqla, 10 nəfər həyatını itirmişdi.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20