Çərşənbə, 24 Aprel

Rusiya Ermənistanı ruslaşdırmağa başladı – Fəlakət ssenarisi

image

Rusiya Ermənistanın ruslaşdırılması prosesini işə salıb.

Xəbər verilir ki, bunu gürcü ekspert Qoça Qvaramiya Rus Pravoslav Kilsəsinin İrəvan-Erməni Yeparxiyasının açılışını şərh edərkən deyib.

“Rus Pravoslav Kilsəsinin yeparxiyasının Kiyevdə mövcudluğunun Ukrayna üçün nə ilə nəticələndiyini izah etməyə ehtiyac yoxdur. Rus Pravoslav Kilsəsinin bütöv yeparxiyasının Ermənistanda formalaşdırılması, uzunmüddətli perspektivdə Ermənistanın tam ruslaşdırılması və müstəqilliyinin itirilməsi ilə nəticələnəcək. Yekunda Cənubi Qafqazda müstəqil Ermənistan yerinə Rusiyanın Gürcüstan ərazisində yaratdığı Abxaziya və Tsxinvali kimi dövlət yaranacaq. Bu, ən yaxşı halda belə olacaq. Ən pis halda Kalininqrad vilayəti tipli Rusiya ərazisinə çevriləcək”, – deyə o bildirib.

Qvaramiya Rusiyanın Ermənistanı da Belarus kimi ittifaq dövlətinə çəkmək istədiyini söyləyib:

“Belarusla Rusiya xalqları eyni millətdir, ona görə Belarus üçün bu idarəetməyə dözmək asandır, Ermənistan üçün isə bu, fəlakətdir”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33
image

Bakıda taxta bazarı yanır

  • 20.04.2024 - 18:00
image

Paşinyandan ilk - Açıqlama

  • 20.04.2024 - 14:37