Cümə axşamı, 25 Aprel

118 əfqan Azərbaycandan sığınacaq istəyib

image

“COVİD-19 pandemiyası ilə əlaqədar ölkədə giriş-çıxış məhdudiyyətləri tətbiq edildiyindən Əfqanıstan İslam Respublikası vətəndaşlarının qaçqın statusu verilməsi ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciəti qeydiyyata alınmamışdır”.

Xəbər verilir ki, bunu sorğusuna cavab olaraq, DMX-nın İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Elnur Kələntərov bildirib. Bununla belə, qurum rəsmisi son 3 ayda xaricdə yaşayan 118 Əfqanıstan vətəndaşının Azərbaycandan sığınacaq almaq üçün müraciət etdiyini əlavə edib.

“Bununla belə, son 3 ay ərzində Əfqanıstanda baş verən hadisələrlə əlaqədar olaraq Azərbaycanda sığınacaq almaq niyyətində olan və hazırda Azərbaycan Respublikasının hüdudlarından kənarda olan ümumilikdə 118 nəfər Əfqanıstan İslam Respublikası vətəndaşı barədə elektron məlumatlar həm bilavasitə, həm də digər dövlət qurumları vasitəsilə Dövlət Miqrasiya Xidmətinə daxil olmuşdur. Həmin məlumatlara qanunvericiliyin tələblərinə əsasən baxılmışdır”,- deyə qeyd edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33