Cümə, 26 Aprel

İstanbuldan Qarabağa ilk qatar yola salınıb - Video

image

İlk dəfə olaraq TURKUAZ layihəsi çərçivəsində işğaldan azad olunmuş ərazilərə - Şərqi Zəngəzur İqtisadi Zonasına Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə konteyner daşıması həyata keçirilir. 

Xəbər verilir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb. 

Bildirilib ki, qatarla payızlıq əkin üçün toxumluq buğda gətirilir. 

28 konteynerdən ibarət ilk blok qatar Türkiyənin Tekirdağ bölgəsindən (İstanbul) yola salınıb. Konteynerlər 40 futluqdur. 

Qatar Azərbaycana çatdıqdan sonra dəmir yolu nəqliyyatı vasitəsilə müəyyən olunmuş stansiyaya qədər gətiriləcək. Daha sonra konteynerlər avtomaşınlara aşırılaraq işğaldan azad olunmuş Zəngilan və Qubadlı rayonlarına çatdırılacaq. 

Qeyd edək ki, TURKUAZ layihəsi “ADY Konteyner”-in Türkiyənin “Pasifik Eurasia Logistics” və Gürcüstanın “GR Logistics and Terminals” şirkətləri ilə birgə hazırladığı yeni logistik məhsuldur.

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33