Cümə, 29 Mart

İtaliyada COVID sertifikatlarına qarşı ETİRAZ

image

Bu gün İtaliyanın paytaxtı Pomanın mərkəzində növbəti COVID-19 sertifikatlarına qarşı növbəti etiraz nümayişi keçirilib.

Xəbər verilirki, hökumətin COVID-19 sertifikatları ilə bağlı qərarına qarşı keçirilən nümayişdə yüzlərlə etirazçı iştirak edib.

Qeyd edək ki, bu gündən qüvvəyə minən yeni qərara əsasən, dövlət və özəl müəssisələrdə peyvəndi təsdiqləyən COVID-19 sertifikatı olmayan işçilər hər 48 saatdan bir koronavirusa qarşı test verməyə məcbur edilir.

Qərara görə, sertifikatı olmayan şəxs test üçün məcburi şəkildə pul ödəməlidir. Çox nadir şirkətlərdə test pulsuz aparılır.

Yeni öhdəliyə görə, sertifikatı olmayan işçilər işə çıxmadıqda onların əməkhaqqılarından müəyyən məbləğdə vəsait tutulur.

Telekanalın bildirdiyinə görə, qərarın icrası ilə bağlı iş yerlərində narazılıqlar müşahidə edilir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45