Cümə axşamı, 25 Aprel

Putinə etiraz edən qadın deputatla bağlı şok qərar: 41 yaşlı Natalyanın dramı

image

Prezident Vladimir Putinin partiyası “Vahid Rusiya”dan olan deputat Natalya Poklonskaya müxalif çıxışlarından sonra Afrika ölkəsi Kabo-Verdeyə səfir təyin edilib.

Xəbər verilir ki, Yaponiyada animasiya personajına çevrilən Poklonskaya ilə bağlı qərar “sürgün” adlandırılıb.

2018-ci ildə Putinin təqaüdlə bağlı irəli sürdüyü qanun layihəsinə etiraz etmiş yeganə şəxs olan 41 yaşlı Poklonskaya öz çıxışı ilə “Vahid Rusiya” daxilində böyük gərginlik yaradıb. Putinə etirazla diqqət çəkən Poklonskaya Afrika ölkəsi Kabo-Verdeyə səfir təyin olunub.

“The Times” Poklonskaya ilə bağlı qərarı “sürgün” adlandırıb. Rusiyanın Krımı ilhaq etməsindən əvvəl sözügedən bölgədə baş prokuror vəzifəsində işləyən Poklonskaya Yaponiyada animasiya personajlarına da ilham verib.

 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33