Cümə, 29 Mart

Britaniya kraliçası Krıma dəvət olundu – Şok cavab

image

“Krım Britaniyanın kral ailəsi də daxil olmaqla hər kəsə açıqdır”.

Xəbər verilir ki, bunu Rusiyaya ilhaq edilmiş Ukraynanın Krım bölgəsindəki “parlamentin komitə sədri” Yuri Qempel deyib.

“Krım Britaniyanın kral ailəsinin üzvləri də daxil olmaqla hər kəsə açıqdır. Onları burada qarşılayacaqlar və yarımadanın bütün gözəlliklərini göstərəcəklər. Rusiyanın Krımı ilə sevinəcəklər”, – Qempel bildirib.

Sevastopol Kiçik Elmlər Akademiyasının nəzdnindəki məktəbin şagirdləri yayda Britaniya kral ailəsi adından Kraliça II Elizabetə yazdıqları məktuba cavab alıblar. Ailənin fəxri xidmətçisi Filip de Pass kraliçanın rus uşaqlarının ingilis dilinə olan marağını öyrənməkdən məmnun olduğunu deyib. Eyni zamanda zərfdəki ünvanda “Sevastopol. Rusiya” yazılıb.

Məktəblilər bu dəfə Şahzadə Uilyam və Keyt Middltona məktub yazaraq Krıma dəvət edəcəklər.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45