Cümə, 29 Mart

"Özü vaxtilə min hoqqadan çıxıb..." - Nura Suridən SƏRT SÖZLƏR

image

Ölkədən köçən insanların çoxu vətəni sevmədiyindən yox, insanların başqalarının həyatına burun soxmasından, dedi-qodusundan qaçıb gedir.

Xəbər verilir ki, bu sözləri müğənni Nura Suri deyib.

Sənətçi insanların başqasının həyatını müzakirəyə çıxarmasının tərbiyəsizlik olduğunu diqqətə çatdırıb:

"Kişili, qadınlı bir yerə yığışan kimi başlayırlar kimisə müzakirə etməyə. Hamı da hamıdan şikayət edir. Ən zəhləmgedən xüsusiyyət isə - özü vaxtilə min hoqqadan çıxıb, hər pozğunluqu edib sonra cəmiyyətdə bəlli bir status əldə edən kimi başlayır qeyrət, namus, əxlaqdan danışmağa. Başqalarına yuxarıdan aşağı baxmağa ki, bəs filankəs əxlaqsızdır və s... Adamın əti tökülür. Ən böyük əxlaqsızlıq başqalarının əxlaqını müzakirə etməkdir. Bir yerə yığılıb oturanda kinodan, kitabdan, dünyada baş verən proseslərdən danışın, loto oynayın, deyin, gülün, əylənin. Xaricə də gedəndə turizm şirkətindən bizimkilər olmayan hoteldə otaq istəyirlər. Səbəb isə özümüzünkülərin qınağından qaçmaqdır. Özünüz rahat və firavan yaşayın, başqalarına da mane olmayın, yetər".

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45