Cümə, 29 Mart

Telman İsmayılov siyasi sığınacaq istəyir - Vəkildən açıqlama

image

Rusiyanın tələbi ilə Monteneqroda saxlanılan, qətl və oğurluqda günahlandırılan iş adamı Telman İsmayılov bu ölkədə siyasi sığınacaq istəyəcək.

Xəbər verilir ki, onun vəkili Marina Rusakovanın verdiyi məlumata görə, o, cinayətin heç bir epizodunda təqsirini boynuna almır.

"Telman İsmayılov heç bir cinayətdə iştirak etməyib və təqsirləndirildiyi heç bir ittihamı qəbul etmir. Çünki cinayət işlərinin başlamasına (İsmayılovun qardaşı Rafiq İsmayılova qarşı cinayət işində) şahidlərdən birinin ifadəsi səbəb olub. Söhbət müğənni Avraam Russo qaçırılması ilə bağlı cinayət işindən gedir. Buna görə də həmin işlərin açılması qanunsuzdur", - deyə vəkil vurğulayıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45