Cümə axşamı, 18 Aprel

18 yaşlı tələbə qız babasını öldürdü - TƏFƏRRÜAT

image

Rusiyada 18 yaşlı tələbə qız babasını bıçaqlayaraq öldürüb.

Xəbər verilir ki, hadisəni törədən şəxs aralarında mübahisə olduğunu və yalnız özünü müdafiə etdiyini iddia edib.

Qonşular qışqırıq səsi eşidib və polisə müraciət ediblər. Yaxınlıqda olan patrul xidmətinin əməkdaşları mənzilə daxil olub. Onlar öldürülən kişinin cəsədini və gənc qızı aşkar edib.

18 yaşlı Emina Yakubova saxlanılıb və faktla bağlı cinayət işi açılıb.

O, polisə ifadəsində babasını evdən buraxmadığı üçün bıçaqladığını bildirib.

Qız Moskva Dövlət Universitetinin Mexanika və Riyaziyyat fakültəsinin birinci kurs tələbəsidir. Haqqında danışılarkən yalnız müsbət xarakterizə olunur.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28