Çərşənbə axşamı, 16 Aprel

Narkotik qəbul etdiyi iddia olunan uşaqla bağlı dövlət qurumları açıqlama verdi - FOTO

image

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sosial şəbəklərdə küçədə aşkarlanan uşaq barədə yayılan məlumatlara münasibət bildirib.

Xəbər verilir ki, uşaq baxımsızlığı nəticəsində küçədə aşkarlanan uşaqla bağlı sosial şəbəkələrdə əksini tapan məsələnin həlli istiqamətində tədbirlər görülür:

“Eləcə də uşağın hüquqlarının təmin olunması istiqamətində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və aidiyyəti qurumların hər birinin səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görülməkdədir. Vətəndaşlara bu məsələlərə həssas yanaşdıqlarına görə təşəkkür edirik. Eyni zamanda belə hallarda təcili müdaxilə edilməsi məqsədilə birbaşa aidiyyəti dövlət orqanlarına məlumat verməklərini xahiş edirik”.

12:42

“Uşaq bir neçə ay əvvəl sığınacağa gətirilsə də, bizimlə qalmaq istəmədi”.

Bu sözləri açıqlamasında “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə deyib.

O bildirib ki, uşağı sığınacağa ərazi üzrə post patrul xidməti əməkdaşları qeyri-rəsmi şəkildə yolda görüb, yazıqları gəldiyi üçün gətirmişdilər: “Uşaq gələn kimi özünü öldürürdü ki, mən burada qala bilmərəm. Mən o zaman bu uşağın vəziyyətini gördüm. Məsələ ictimailəşdirildikdən sonra Daxili İşlər Nazirliyinin dərhal reaksiyasına sevindim. Necə tez bir zamanda uşaq tapılıb, zəruri olacaq bütün analizlər götürülüb, nəticələr müəyyən edilib. Sadəcə Elşad Hacıyeva eşq olsun deyə bilərəm ki, bu qədər operativ şəkildə davrandılar.

Amma bildiyim qədər uşaq və anası ən azı iki sutka müayinə olunsaydı, daha yaxşı olardı. Nəinki xroniki xəstəlik, istənilən xəstəlik belə olsa onlar müayinə, müalicə olunmalıdırlar. Uşağın qəyyumu təkcə anası deyil. Hər bir halda nəticədə uşaq küçədə qalmalıdır? Aidiyyəti qurumları mən paylaşımımda da işarələmişəm. Mən ilk dəfə deyil küçə uşaqları ilə çalışıram. O uşaq bizə gətiriləndə də onun davranışlarından hiss etdim ki, asılı vəziyyətdədir. Adətən toksik maddələr qəbul edənlərin davranışlarını onda hiss etdim və məsələnin aidiyyəti üzrə araşdırılması üçün paylaşım etdim”

10:04

“Azyaşlının narkotik vasitə istifadəsinə dair iddialar əsassızdır”.

Bunu açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib. 

O bildirib ki, həmin azyaşlı anasının yanındadır:

“Onun barəsində dəfələrlə profilaktik tədbirlər görülüb. Sığınacağa yerləşdirilməsi təklif olunsa da, o, bundan qəti imtina edib. Həmin uşaq və anası xroniki xəstəlikdən əziyyət çəkirlər. Ana və azyaşlı uşağın qanunvericiliyə uyğun olaraq, aidiyyəti qurumlar məlumatlandırılmaqla müvafiq xəstəxanaya yerləşdirilməsi, eləcə də həyat və sağlamlıqlarının nəzarətə götürülməsi istiqamətində tədbirlər görüləcək. Hazırda bu istiqamətdə ərazi polis orqanına müvafiq göstərişlər verilib”.

09:30

“Bakıda uşağın küçələrdə dilənməsini görməzdən gəlirlər”.

Bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə özünün “Facebook” səhifəsində məlumat paylaşıb.

Daha əvvəl də sosial şəbəkələrdə görüntüləri paylaşılan uşaqla bağlı aidiyyəti qurumların reaksiyasız qalması istifadəçilər tərəfindən ciddi müzakirə edilib.

K.Ağazadə küçədə diləndirilən azyaşlı uşağın narkotik, toksik maddələr qəbul etməsi ehtimalı olduğunu vurğulayıb:

“Bu uşağı sosial şəbəkələrdə paylaşmayan qalmadı! Amma nə Daxili İşlər Nazirliyi, nə Səhiyyə Nazirliyi, nə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, nə də qəyyumluq komissiyasından reaksiya gəlməyib”.

Paylaşımda paytaxtın Yasamal rayonu ərazisində bu vəziyyətdə görülən uşağa Rayon İcra Hakimiyyəti nümayəndələrinin də məsələyə reaksiyasız qalması qınanılıb:

“Yasamal Rayon İcra Hakimiyyəti də bu uşağı görmədi ki, görmədi. Bu uşağın narkotik, toksik maddələr qəbul etməsi ehtimalı çox böyükdür. Bədəni yara içində, ayıq görən olmur. Bu uşaq müalicə almalıdır. Narkoloji şöbə uşaqlar üçün olmasa belə müalicə olunmalıdır. Daha sonra müəssisəyə yerləşdirilməlidir. Mən bu vəziyyətdə ona heç nə edə bilmərəm. Amma siz, dövlət qurumları, bir xəstə, asılı uşağı cəmiyyətə yenidən qaytarmağa borclusunuz”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28
image

Yunanıstanda zəlzələ oldu

  • 14.04.2024 - 14:37
image

DİM bu gün imtahan keçirir

  • 14.04.2024 - 10:55
image

“WhatsApp”da yeni funksiya

  • 13.04.2024 - 17:56
image

Tokayev Ermənistana gedir 

  • 13.04.2024 - 11:45
image

Roberto Kavalli vəfat etdi

  • 13.04.2024 - 11:14