Cümə, 29 Mart

Maskanı 60 dəqiqədən çox ağızda saxlamaq təhlükəlidir - İspan pulmonoqları

image

Qoruyucu maskanı necə istifadə etmək lazımdır ki, insana zərər verməsin.

Xəbər verilir ki, İspaniya pulmonoqları tibbi maskaların düzgün istifadəsi barədə məlumat verib.

Onların fikrincə, maska taxıldığı andan 45 dəqiqə sonra 5-7 dəqiqəlik fasilə ilə çıxarılmalıdır. Yəni maska taxan şəxs hər 45 dəqiqədən bir maskanı tamamilə çıxarıb və ya endirib, açıq havada nəfəs almalıdır.

Bir maskanı heç çıxartmadan ağız-burunda qalma müddəti maksimum 60 dəqiqədir. Ondan sonra mütləq 10 dəqiqə fasilə olmalı, ağız-burun açıq qalaraq, tənəffüs sisteminin normal işləməsi üçün şərait yaradılmalıdır.

İspan həkimləri hesab edir ki, maskanı fasiləsiz istifadə və uzun müddət taxmaq bu problemlərə səbəb ola bilər:

- Tənəffüs sistemində göbələk, infeksiya və bakteriya mühitinin yaranması

- Tənəffüsün səthiləşməsi, pisləşməsi

- Qanda oksigen səviyyəsinin düşməsi

- Burunun dolması, selikli qişasının quruması

- Üz dərisində dermatoloji problemlər

Maskanın düzgün istifadə qaydası elə bundan ibarətdir ki, onu müntəzəm olaraq fasilə ilə çıxarasız və açıq şəkildə nəfəs alasız.

İspaniyanın məşhur pulmonoloqu Qustavo de Liza bildirib ki, əgər maska taxan müəyyən səbəbdən 3-5 saat maskanı çıxara bilmirsə, o zaman fasilə müddəti 30 dəqiqə olmalıdır. Ən azı 4 saatdan sonra maskanı çıxarıb, təmiz hava almalıdır.

Tibb maskaların istifadə müddəti 4 saatdır. Ondan sonra o atılmalı, yenisi istifadə olunmalıdır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45