Şənbə, 20 Aprel

Daha bir marşrut xəttində ödəniş “BakıKart”la olacaq

image

Sabahdan 131 nömrəli marşrut xətti (Maştağa qəsəbəsi - Koroğlu NMM) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Xəbər verilir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

Qeyd edək ki, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə Sabunçu rayonu üzrə aşağıda qeyd olunan ünvanlardakı "OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS-terminallar quraşdırılıb. Bununla yanaşı, sərnişinlər istifadə etdikləri "BakıKart"ın balansını https://online.bakikart.az portalından onlayn qaydada artıra bilərlər.

- Maştağa qəs., Heybət Heybətov küç. 44
- Maştağa qəs. B.Bağırov küç.
- Sabunçu qəs. Şəhər şosesi
- Zabrat qəs., Babək küç. 336
- Oktyabr küç. Zabrat
- Zabrat qəs. Nərimanov 23
- Zabrat qəs., Sadiq Cəfərov 26
- Savalan qəs.
- Maştağa qəs., Heybət Heybətov 63
- Məhəmmədəli Şəfai 37

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20