Cümə axşamı, 28 Mart

Azərbaycanda məktəb yaşı azaldılacaq? - AÇIQLAMA

image

“Təhsildə yeni çağırışlar” II Beynəlxalq Forumunda çıxış edən təhsil naziri Emin Əmrullayev məktəb yaşının beşə qədər azaldılmasını təklif edib. Erkən uşaq inkişafı və məktəbə tez başlamanın vacib məsələ olduğunu vurğulayan nazir, uşaqların 1-5 yaşında bağçaya gedə bildiklərini, bu baxımdan erkən uşaq təhsilində zəiflik hiss olunduğunu qeyd edib.

Bəs Azərbaycanda məktəb yaşının azaldılmasına ehtiyac var?

Məsələ ilə bağlı açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib ki, uşağın gələcək inkişafının əsas təməli məhz onun erkən yaşlarında təhsili zamanı qoyulur. Mövcud qanunvericiliyə görə ölkəmizdə icbari təhsilə cəlb edilmə altı yaşdan başlayır:

“Lakin buna baxmayaraq, 2016-cı ildən beş yaşlı uşaqlar könüllü olaraq məktəbəhazırlıq qruplarına cəlb edilirlər və hal-hazırda 95 000 nəfər beş yaşlı uşaq məktəbəhazırlıq qruplarına cəlb edilib. Bundan başqa üç və dörd yaşlı uşaqlar üçün icma əsaslı hazırlıq mərkəzləri 50 rayonda pilot şəklində fəaliyyətə başladıqdan sonra əlavə olaraq 50 mərkəz yaradılıb və bu mərkəzlər ölkə üzrə 3 000 uşağı əhatə edir. Bu rəqəmlər onu deyir ki, təhsil almanın yaşının azaldılması və bunun icbari olması bizim üçün o qədər də yeni bir ifadə deyil və təhlükəli sayılmır”.

Ekspert qeyd edib ki, 2013-cü ildə Prezident İlham Əliyev tərəfindən qəbul edilən təhsil inkişafı üzrə dövlət strategiyasına görə, Azərbaycan 12 illik təhsilə keçməlidir:

“12 illik təhsilə keçid deyəndə hər kəs fikirləşirdi ki, bir il əlavə oxumaq lazım olacaq. Əvəzində isə təhsil naziri vəziyyətin həm çıxış yolu kimi, həm də öyrənmənin daha erkən yaşa çəkilməsi üçün uşaqları kiçik yaşlardan təhsilə cəlb etməyi təklif edib.

Bu, çox doğru yanaşmadır. Təhsili öndə olan dünya reytinqli ölkələrdə təhsilə cəlb edilmə daha erkən yaşlarda başlayır. Bu, ölkənin iqtisadi inkişafı üçün çox vacib amildir. Baxırıq ki, məktəbə hazırlıq qruplarına gedən uşaqla getməyən uşaqların tədris göstəricisi kifayət qədər fərqlidir. Beş yaşdan gedənlər daha uğurludurlar, mənimsəmələri daha yaxşıdır.

Hesab edirəm ki, uşaqlar beş yaşda məktəbə cəlb edilsə, bu, orta məktəbdə müəllimlərin sayının artmasına, iş yerlərinin olmasına, ölkə iqtisadiyyatının daha da inkişaf etməsinə gətirib çıxaracaq”.

Onun sözlərinə görə, Yaponiyada, Cənubi Koreyada, Sinqapurda, Avropa ölkələrində bu model artıq tətbiq edilir:

“Reallıq ondan ibarətdir ki, valideynlər narahatdırlar. Amma həmin valideynlər övladlarını iki-üç yaşdan etibarən uşaq bağçalarına qoyurlar. Bu gün monitorinq aparsaq görərik ki, üç, ya dörd yaşda uşaqların bəziləri valideynlərinin təkidi ilə oxumağı, yazmağı, şeir əzbərləməyi bilirlər.

Sadəcə təhsil nazirinin “uşaqları erkən yaşdan məktəbə cəlb etmək lazımdır” fikri ibtidai sinif proqramlarının yumşaldılmasına hesablanıb. Bu gün hər birimiz ibtidai siniflərdə tədris proqramlarının ağırlığını bilirik və narahatıq. Amma biz artıq birinci sinfin işini daha erkən yaşda uşaqlara çatdırmalı olacağıq.”

Ekspert həmçinin bildirib ki, icbari təhsil altı yaşdandır, amma biz beş yaşdan etibarən bunu uşaqlara aşılasaq, artıq uşaqlar o yaşda oxumağı, yazmağı biləcəklər, ibtidai sinif proqramı isə sadələşəcək:

“Biz məktəbə hazırlığı təhsilin bir pilləsi olaraq qəbul etmirik. 12 illik təhsilə keçmək istəyiriksə, artıq məktəbə hazırlıq icbari olmalıdır. Öyrənmənin daha erkən yaşlara çəkilməsində heç bir problem yoxdur. Onsuz da bu gün uşaqlar hazırlıqlara gedirlər. Valideynlərin də əmək fəaliyyəti ilə məşğul olmaq üçün kifayət qədər vaxtları olacaq”. 

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45
image

Sabahdan tətil başa çatır

  • 26.03.2024 - 09:25
image

Sabahın havası necə olacaq?

  • 25.03.2024 - 13:56