Şənbə, 20 Aprel

500 manat borca görə intihar etmək istədi, qarşısı alındı

image

Gəncədə intihara cəhdin qarşısı alınıb.

Xəbər verilir ki, hadisə “Nizami” məqbərəsi yaxınlığındakı körpünün üstündə qeydə alınıb.

Goranboy rayonunun Gülməmmədli kənd sakini, 1991-ci il təvəllüdlü Elvin Mustafayev sərxoş vəziyyətdə özünü körpüdən atmaq istəyib.

Hadisə yerinə polis əməkdaşları və FHN-in xilasediciləri cəlb edilib. Uzun sürən danışıqlardan sonra 30 yaşlı kişini fikrindən daşındırmaq mümkün olub. E.Mustafayev əraziyə çağırılan təcilli tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb.

İlkin məlumata görə, 30 yaşlı kişi işlədiyi obyekt sahibinə 500 manat borcu olduğu üçün intihara cəhd edib. Onun darvaza ustası olduğu bildirilir.

Qeyd edək ki, obyektin sahibi hadisə yerinə gəlib və E.Mustafayevə borcunu bağışladığını bildirib. Bundan sonra o, körpüdən düşüb.

Faktla bağlı araşdırma aparılır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20