Cümə axşamı, 28 Mart

Dünyanı qorxudan həqiqət açıqlandı: “Uyğunlaşmasaq öləcəyik”

image

İngiltərənin Ekologiya Agentliyinin rəhbəri Emma Hovard Boyd bütün dünyanın qorxduğu iqlim dəyişikliyi ilə bağlı açıqlama verib.

Xəbər verilir ki, o, dünya əhalisinin ölümcül təhlükə qarşısında olduğunu iddia edib.

İngiltərənin Ekologiya Agentliyi ölkə daxilində yüzlərlə insanın daşqınlar nəticəsində ölə biləcəyi ilə bağlı xəbərdarlıq edib. Agentliyin hazırladığı hesabata görə, İngiltərə iqlim dəyişikliyinin təsirlərinə hazır deyil. Bu il Almaniyada baş verən daşqınlar nəticəsində onlarla insan həyatını itirib. Agentlik İngiltərə üçün də belə daşqınların gec-tez baş verəcəyini bildirib.

Emma Hovard Boydun fikrincə, insanlar buna uyğunlaşacaqlar, ya da öləcəklər. Hesabatdakı apokaliptik ifadələrin hökumətləri və şirkətləri sel, quraqlıq və dəniz sularının yüksəlməsi kimi təhdidlərə hazırlaşmaq üçün səfərbər edəcəyinə ümid edilir. İngiltərənin Ekologiya, Qida və Kənd Təsərrüfatı Nazirliyi ölkəni qlobal istiləşmənin təsirlərindən qorumaq üçün önəmli tədbirlər gördüyünü açıqlayıb. Mövcud şərtlər 2100-cü ilə qədər İngiltərənin 3 dərəcə daha isti olacağını göstərir. İki dərəcə artım belə dağıdıcı təsirlərə səbəb ola bilər.

Emma Hovard Boyd qeyd edib ki, doğru addımlar atılsa, iqlim böhranı ilə mübarizə aparmaq mümkündür:

“Amma bunun üçün vaxtımız tükənir. Bu yay Almaniyada 200-ə yaxın insan öldü. Gec-tez burada da belə olacaq. Bu qədər insanın ölməsinin qarşısını almağın yeganə yolu evlərimizi, ofislərimizi və avtomobillərimizi iqlim dəyişikliyinin yaratdığı ekstremal hava şərtlərinə uyğunlaşdırmaqdır”.

Böyük Britaniyada sonuncu dəfə belə bir daşqın 1953-cü ildə baş verib. Nəticədə İngiltərədə 307, Şotlandiyada 19 nəfər ölüb. Agentliyin iddiasına görə, ölkədəki iqlim dəyişikliyinin başqa bir mənfi təsiri içməli suyun azalmasıdır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45
image

Sabahdan tətil başa çatır

  • 26.03.2024 - 09:25
image

Sabahın havası necə olacaq?

  • 25.03.2024 - 13:56