Şənbə, 20 Aprel

ABŞ, Yaponiya, Hindistan və Avstraliya donanması Çinə qarşı

image

ABŞ, Yaponiya, Avstraliya və Hindistan hərb donanmaları Benqal körfəzində birgə hərbi təlimlərə başladığını elan edib. Hind okeanın şimal–şərqində yerləşən Benqal körfəzində təlimlər sabaha qədər davam edəcək.

Xəbər verilir ki, ABŞ, Yaponiya, Avstraliya və Hindistanın birgə keçirdiyi “Malabar-2021” təlimləri Çinin Hind-Sakit okean regionunda artan fəaliyyətinə qarşı güc nümayişi kimi qiymətləndirilir.

Məlumata görə, hərbi təlimdə ABŞ donanmasına aid nüvə enerjisi ilə işləyən Karl Vinsdon, Avstraliya donanması, Hindistan katerləri və Yaponiya gəmiləri iştirak edir.

Yaponiya hökumət rəsmisi Kihara Seiji Tokioda keçirdiyi brifinqdə bildirib ki, təlimlərin sərbəst və açıq Hind-Sakit okenda keçirilməsi dörd dövlətin əlaqələrinin gücləndirilməsinə səbəb olacaq.

Qeyd edək ki, hazırda Çin və Tayvan arasında münasibətlər öz dövrünün ən gərgin mərhələsini yaşayır.

Bir sıra hərbi-siyasi analitiklər hesab edirlər ki, III Dünya Müharibəsi məhz bu regionda ola bilər.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20