Cümə axşamı, 02 May

Eynulla Fətullayev kimə xidmət edir? Azərbaycana, yoxsa rus FSB-yə? - FOTO

image

Bir neçə gündür ki, sosial şəbəkə istifadəçiləri tanınmış jurnalist Eynulla Fətullayevi tənqid edən paylaşımlara yer verir. Bununa Eynulla Fətullayevin Ermənistan tərəfindən “İsgəndər-M”raketlərini istifadə etməsi ilə bağlı xəbəri səbəb olub. 

“Eynulla Fətullayev, sən kimə xidmət edirsən? Azərbaycan dövlətinə, yoxsa rus FSB-nə?” deyə, sosial şəbəkə istifadəçiləri paylaşım ediblər.

Ruisya xüsusi xidmət orqanı FSB tərəfindən rəsmi açıqlama kimi qələmə verilən məlumatı heç bir mənbədə tapmadıqlarını qeyd edən sosial şəbəkə istifadəçiləri Eynulla Fətullayevi hədəf alıblar. İstifadəçilər Azərbaycan mediasındakı bəzi şəxsləri, xüsusilə də Eynulla Fətullayevi Rusiyaya “qahmar” çıxmaqda və satqınlıqda ittiham ediblər.

Xatırladaq ki, bir müddət əvvəl jurnalist Eynulla Fətullayev öz haqqın.az saytında Ermənistan Silahlı birləşmələri tərəfindən istifadə olunan “İsgəndər-M” raketlərinin "oğurlanaraq" aparılması ilə bağlı məlumat paylaşmışdı. O, bu məlumatı FSB tərəfindən verilən rəsmi açıqlama kimi qələmə vermişdi.
 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15