Cümə axşamı, 28 Mart

Bu cütlük zərbəni Xəzərdə planlaşdırır

image

İranın indiki Xarixi İşlər naziri Hüseyn Əmir Abdullahiyan ilə İnqilab Keçikçiləri korpusunun müavini Əli Fədavi əsl "həmşəri"dirlər-yəni yerlidirlər. İsfəhan tərəfdəki qədim Ərdəhan şəhərindəndirlər.

Abdullahiyan, xarici siyasətdə sərt mövqe, güc, əzələ nümayişi tərəfdarıdır. Əzələ isə kimdədir?-Sepahda. Dəqiq desək Əli Fədavidə. İkisi də qatı millətçi, ariyanaçı, farsdırlar. Can deyib (farslar "cun" deyirlər) can eşidirlər. Birgə çalışırlar. Azərbaycan məsələsində də, Abdullahiyan Əli Fədaviyə arxalanır. 

Antiazərbaycan siyasətlərində uğur alınsa, Əli Fədəvi mütləq indiki Sepah rəhbəri Hüseyn Səlimini öz taxtından aşıracaq. Sepahdakı türkləri ucdantutma ixtisara göndərəcək.

Xatırladıram-Ərdəhan qədim şəhərdi. Əhalisi arasında Zərdüşt icması üzvləri az deyil. Məscidə orda məsələn qədim farsca "Mazda" deyərlər. Şahnamə qəhrəmanı Rüstəm Zalla bağlı bu şəhərdə bir neçə abidə var. Dilləri də qədim farscadı, müasir deyil. Qısası paniranistlərin əsl yuvasıdır.

Beləliklə Sepahda daxili ziddiyətlər getdikcə artacaq. Ərdəhan mafiyası XİN-i ələ keçirtdikdən sonra Sepaha əl uzadacaq. Türkləri orda sıxışdıracaq.

Namizəd kimdi?-Əli Fədəvi.

Ay-hay... Yatıbsız fil qulağında. Deyirsiz elə belə, boş yerə bu cütlük öz arasında rəsmi farsca yox, məhz Ərdəhan dialektində danışırlar, hə?

Əli Fədavi, -diqqət!- Sepahın Hərbi-dəniz qüvvələri rəhbəridir. Və necə olur ki, Azərbaycana qarşı təhdidlər, planlar bu dəniz ovçusuna tapşırılır, quru qoşunları qalır kənarda? Demək...

Demək Ərdəhan cütlüyü Azərbaycanın dəniz sərhədlərinə tuşlanıblar, vəssalam, şod tamam. Xatırladıram ki, hələ 2006-cı ildə Əli Fədəvi İranın sualtı yeni torpedo mərmisini şəxsən sınaqdan çıxarıb. Görünür o, Azərbaycanın quru ərazisini yox, dəniz hövzəsini nişanlayıb.

Qısası, "İşarəni, dənizdən gözləyin". Bu cütlük Azərbaycana zərbəni Xəzərdə planlaşdırır. Qurudakı təlimlər isə gözaldadıcı manevrlərdi.

Azərbaycana dil uzadan, "Heybər" əmliyyatını planlaşdıran da odu. 

Ancaq bu gizli əməliyyatı deşifrələmək o qədər çətin deyil.

Xeybər döyüşü əvvəla Həzrət Əlinin Zülfüqar qılıncı ilə həyata keçirilib. Bu isə deyir: Təlimlərə Sepahın ən hazırlıqlı "Əli ibn Əbu Talib" diviziyası başçılıq edir. İxtiyarlarında gərək ki, "Zülfüqar" adlı tanklar, uzaqvuran raketlər olacaq.

Xeybər qapısının müasir analoqu isə deyəsən Zəngəzur dəhlizidir.

Eşitdiyimə görə Həzrət Əli, Heybər qalalalarından birinin nəhəng darvazasını çıxarıb, onu öz çiyni ilə aşırıbmış.

Bu cür açılacaq, alınacaq darvaza isə görünür Zəngəzur qapısıymış.

Heyif...

Azərbaycan-əhlibeyt coğrafiyasıdır.

Və bizə qarşı hər hansı zərbə elə ilk növbədə Həzrət Əlinin ruhunu incidəcək.

Allah bizi bu Ərdəhan cütlüyündən qorusun.

Həm də Sepahı.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45
image

Sabahdan tətil başa çatır

  • 26.03.2024 - 09:25
image

Sabahın havası necə olacaq?

  • 25.03.2024 - 13:56