Cümə, 19 Aprel

Zelenski Donbass münaqişəsinin həll edilməməsinə görə Rusiyanı ittiham edib

image

“Donbassda münaqişənin sülh yolu ilə həlli prosesində irəliləyişin olmamasına görə Rusiya məsuliyyət daşıyır”.

Xəbərə görə, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Avropa İttifaqı (Aİ) Şurasının və Avropa Komissiyasının prezidentləri ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

“Biz Avropa İttifaqı ilə birgə bu fikri bölüşürük ki, Rusiya Federasiyası Donbassda münaqişənin sülh yolu ilə həllində irəliləyişin olmamasına görə məsuliyyət daşıyır. Rusiya bu münaqişədə tərəfdir. İndi qəbul etdiyimiz birgə bəyanatda da bu öz əksini tapıb”, - Ukrayna dövlət başçısı vurğulayıb.

Ukrayna Prezidenti Aİ-yə Rusiyaya qarşı tətbiq etdiyi məhdudiyyətlərə görə təşəkkür edib. Krımda Rusiya Dövlət Dumasına seçkilərin keçirildiyini xatırladan V. Zelenski bunun qeyri-qanuni olduğunu qeyd edib. O əlavə edib ki, Krımda insan haqları sistematik şəkildə pozulur və bu gözardı edilməməlidir.

Ukrayna Prezidenti ölkəsinin Aİ-nin müdafiə və təhlükəsizliklə bağlı görüşünü dəstəklədiyini və bu istiqamətdə töhfə verməyə hazır olduğunu bəyan edib: “Avropanın təhlükəsizliyi müstəsna dərəcədə Ukraynanın təhlükəsizliyi ilə əlaqəlidir”.

V. Zelenskinin sözlərinə görə, bu gün keçirilən Aİ-Ukrayna Sammitində tərəflər arasında yüksək səviyyədə strateji enerji dialoqunun başladılması barədə razılıq əldə olunub.

Aİ ilə bütün sahələrdə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bildirən V. Zelenski qeyd edib ki, Ukrayna özünü gələcəkdə Aİ-nin və Avropa ailəsinin bir üzvü kimi görür.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20
image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17