Cümə, 19 Aprel

Xərçəng şişlərini məhv edən dərman tapıldı

image

Londonda Xərçəng Araşdırmaları İnstitutu (ICR) və Royal Marsden tədqiqatçıları əsaslı bir araşdırma aparıblar. 

Xəbər verilir ki, mütəxəssislər immunoterapiya dərmanlarından ibarət bir kokteylin ölümcül xəstələrdə şişləri məhv edə biləcəyini kəşf edib. Belə ki, immunoterapiya dərmanlarından hazırlanan kokteyl xəstələrin immunitet sistemindən istifadə edərək, xərçəng hüceyrələrini öldürür. 

Elm adamları, nivolumab və ipilimumab dərmanlarının birləşməsinin, laringeal xərçəngi olan xəstələrdə şiş ölçüsünün azalması ilə nəticələndiyini təsbit ediblər. Mütəxəssislər, iki immunoterapiya dərmanının birləşməsinin müxtəlif inkişaf etmiş xərçəng növlərinə qarşı təsirli bir yeni silah ola biləcəyini düşünürlər.

Dərman birləşməsinin digər sınaqlarının nəticələri əvvəllər böyrək, dəri və bağırsaq xərçəngi olan xəstələr üçün də eyni faydaları göstərilmişdi.  

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28