Cümə, 19 Aprel

İran sabah genişmiqyaslı hərbi təlimlər keçirəcək

image

İran sabah genişmiqyaslı hava hücumundan müdafiə təlimləri keçirəcək.

Xəbər verilir ki, bunu Hətəm əl-Ənbiya Hava Müdafiə Qərargahı komandiri, general Qədir Rəhimzadə deyib.

O bildirib ki, “Vilayət səması müdafiəçiləri – 1400” adlı təlim ölkənin Kəbir çölündə baş tutacaq.

Təlimdə İran Ordusu Hava Qüvvələri, İnqilab Keşikçiləri Ordusu Hava Qüvvələri və Hava-Kosmos Qüvvələri birlikləri iştirak edəcək.

Qeyd olunub ki, sözügedən təlimlərin məqsədi birliklərin döyüşəhazırlıq qabiliyyətini gücləndirməkdir.

Təlimlərdə yerli istehsal hava müdafiə sistemləri, elektron hava sistemləri, döyüş təyyarələri, PUA-lar, ağıllı sursatlar və qanadlı raketlər yoxlanılacaq.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28