Cümə axşamı, 25 Aprel

Ermənilər Hadruta niyə köçürüldü? – Tarixi faktlar

image

“Hadruta ermənilər İrandan XIX əsrdə köçürülüblər. 19-cu əsrə qədər burada erməni yaşamırdı. Tarixi saxtalaşdıraraq, bu gün də bugünkü reallıqları saxtalaşdırırlar”.

Bu sözləri oktaybrın 9-da İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı bildirib.

Mövzu ilə bağlı açıqlama verən AMEA A.Bakıxanov adına Tarix institutunun Azərbaycan xanlıqları və Qarabağ tarixi şöbəsinin müdiri, dosent Gültəkin Nəcəfli bildirib ki, ermənilərin Azərbaycan ərazisinə köçürülməsindəki əsas məqsəd Rusiya-Xristian zolağı yaratmaq idi.

O qeyd edib ki, Azərbaycan torpaqları, ümumiyyətlə Cənubi Qafqaz uğrunda Rusiya ilə gedən müharibələr zamanı iki dəfə müqavilə bağlandı. (Gülüstan-1813, Türkmənçay-1828):

“Türkmənçay müqaviləsinin 15-ci maddəsinə əsasən, İran ərazisində yaşayan ermənilər, Azərbaycanın Rusiya tərəfindən işğal olunmuş ərazilərinə, İrəvan, Naxçıvan əsasən də, Qarabağın dağlıq hissəsinə köçürüldü. Həmin dövrün hesablamalarına görə 40 min nəfər erməni Azərbaycan ərazisinə köçürülmüşdür. Bir il sonra, 1829-cu ildə Osmanlı İmperiyasının Çar Rusiyasına məğlubiyyəti ilə bağlanan Ədirnə sülh müqaviləsinin də 13-cü maddəsinə əsasən, 30 min-dən çox erməni eyni ərazilərə köçürüldü. Qeyd etdiyim bu ərazilərdə artıq xanlıqlar ləğv olunmuşdu, İrəvan və Naxçıvan ərazisi isə erməni vilayəti adlandırılmışdı”.

Dosent G.Nəcəfli: “Ermənilərin bu ərazilərə köçürülməsində əsas məqsədlərdən biri Çar Rusiyasının həm Qacarlar İranı, həm də Osmanlı dövləti ilə sərhədində Rusiya-Xristian zolağı yaratmaq idi. Bu ərazilərdə, əsasən İrəvanda xristian əhaləsi olduqca az idi. Qeyd etməliyəm ki, burada yaşayan əhali isə 1441- ci ildə köçürülmüşdür. Əsas məqsəd, bu əhalini artırmaq, o cümlədən gələcəkdə bu əhalidən bir maşın kimi istifadə etmək idi”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33