Şənbə, 20 Aprel

“Legiya” Mahirlə birlikdə daha bir azərbaycanlı futbolçunu transfer etmək istəyib

image

Yay transfer dönəmində "Qarabağ"dan Mahir Emrelini transfer edən "Legiya"nın hədəfində daha bir azərbaycanlı futbolçu olub. 

Xəbər verilir ki, Mahiri detallı şəkildə analiz etmək üçün "Qarabağ"ın oyunlarını izləyən klub təmsilçilərinin diqqətini daha bir həmyerlimiz - Elvin Cəfərquliyev çəkib. 

Əldə etdiyimiz məlumata görə, Polşa təmsilçisi 21 yaşlı oyunçu üçün də hərəkətə keçməsinə baxmayaraq, "Qarabağ" son anda futbolçunu buraxmaqdan imtina edib və mayın sonunda cinah müdafiəçisi ilə 3 illik yeni müqavilə imzalayıb

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20