Cümə axşamı, 25 Aprel

Qazaxıstanda silah anbarında partlayış olub

image

Qazaxıstanın Jambıl vilayətindəki silah-sursat anbarında növbəti dəfə partlayış baş verib. 

Xəbər verilir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 

Рadisə yerli vaxtla saat 7:20-də Jambıl əyalətinin Sarıkemer kəndindəki mühəndis-sursat anbarı ərazisində qeydə alınıb. Daha əvvəl yanğın zamanı zədələnmiş təhlükəli maddə partlayıb. 

“Hadisə zamanı ərazidə heç kim olmayıb. Bina və tikililərə ziyan dəyməyib. Bölgədə vəziyyət sabitdir”, - nazirliyin mətbuat xidməti bildirib. 

Nazirlik qeyd edib ki, anbar ərazisində sursatların nəzarət altında məhv edilməsi həyata keçiriləcək. 

Müdafiə Nazirliyindən verilən məlumata görə, hazırda avqustun 26-da yanğının baş verdiyi texniki ərazini partlayıcı maddələrdən təmizləmək üçün işlər aparılır. 

Xatırladaq ki, həmin vaxt Jambil vilayətinin Bayzak rayonunun Kainar kəndi yaxınlığındakı hərbi hissədə anbarlardan birinin yaxınlığında yanğın, ardınca səbəbləri sonradan müəyyən edilən partlayışlar baş vermişdi. Partlayış nəticəsində 17 nəfər ölüb. Müdafiə Nazirliyinin itkin düşmüş bir əməkdaşının axtarışı hələ də davam edir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33