Cümə, 19 Aprel

Polşa və İngiltərə rəqiblərini darmadağın edib

image

2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində VII tura yekun vurulub. 

Xəbər verilir ki, ikinci oyun günündə son olaraq 7 qarşılaşma gerçəkləşib. 

Azərbaycan millisinin yer aldığı A qrupunda Lüksemburq Serbiyanı qəbul edib. Qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 1:0. 

C qrupunda İsveçrə Şimali İrlandiyanı 2:0 hesabı ilə üstələyib. 

Avstriya səfərdə Farer adalarını 2:0 hesabı ilə yenibsə, F qrupunun digər matçında Danimarka Moldovanın qapısından 4 cavabsız qol keçirib.  

I qrupunda Polşa San Marinonu, İngiltərə isə Andorranı 5:0 hesabı ilə darmadağın edib. 

DÇ-2022, seçmə mərhələ
VII tur

A qrupu

Lüksemburq - Serbiya - 0:1 

Qol: Duşan Vlahoviç, 68

Xal durumu:Portuqaliya - 13 (5 oyuna), Serbiya - 14 (6), Lüksemburq - 6 (5), İrlandiya - 5 (6), Azərbaycan - 1 (6)

C qrupu

İsveçrə - Şimali İrlandiya - 2:0 

Qol: Steven Zuber, 45+3. Kristian Fassnacht, 90+1

Xal durumu: İtaliya 14 (6 oyuna), İsveçrə - 11 (5), Şimali İrlandiya - 5 (4), Bolqarıstan - 5 (6), Litva - 3 (6)

F qrupu

22:45. Farer adaları - Avstriya - 0:2 

Qollar: Konrad Laymer, 26. Marsel Sabitser, 48

22:45. Moldova - Danimarka - 0:4 

Qollar: Skov Olsen, 23. Simon Kyaer, 34 (p), Kristian Nerqor, 39. Yoakim Mehle, 44

Xal durumu: Danimarka - 21, Şotlandiya - 14, İsrail - 10, Avstriya - 10, Farer adaları - 4, Moldova - 1

I qrupu

22:45. Macarıstan - Albaniya - 0:1 

Qol: Armando Broya, 80

22:45. Polşa - San Marino - 5:0 

Qollar: Karol Sviderski, 10, Kristian Brolli, 20 (avtoqol). Tomaş Kedziora, 50. Adam Buksa

22:45. Andorra - İngiltərə - 0:5 

Qollar: Ben Çiluell, 17. Bukayo Saka, 40. Temmi Abraham, 59. Ceyms Uord-Prouz, 79. Cek Qriliş, 86

 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20
image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17