Cümə, 29 Mart

Almaniyada cinayətkar imperiya yaradan əfqan əsilli şəxs Türkiyədə tutuldu

image

Almaniyada mütəşəkkil cinayətkar dəstə yaradan əfqan əsilli Səncər Əhməd Türkiyənin İstanbul şəhərində tutulub.

Xəbər verilir ki, məlumatı “CNNTürk” yayıb.

O, Almaniyanın 5 əyalətində 30-dan artıq müxtəlif cinayət törətməkdə şübhəli bilinir və barəsində axtarış elan edilib. S.Əhməd cinayət əməllərinə görə, Əfqanıstandan qovulub.

Bir müddət əvvəl onun Türkiyədə olduğu barədə məlumatlar yayılıb. Türkiyənin təhlükəsizlik qüvvələri S.Əhmədin qaldığı mehmanxanada əməliyyat keçirib. Nəticədə mütəşəkkil cinayətkar dəstənin rəhbəri və yanındakı 4 nəfər saxlanılıb.

O, Almaniyada Əfqanıstandan olan qaçqınlar arasında narkotik maddələrin satışını təşkil etməkdə, mühacir əfqanlardan xərac toplamaqda şübhəli bilinir.

S.Əhmədin başçılıq etdiyi “Lions-Cartel” adlı dəstənin Almaniyada cinayətkar imperiya qurduğu bildirilir. Onun Türkiyədə şəbəkəsinin olub, olmadığı araşdırılacaq.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45