Cümə, 29 Mart

Ankaradan Baydenə sərt cavab: “Dürüst olun”

image

Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəsini ittiham edən ABŞ Prezidenti Co Baydenə cavab verib.

Xəbər verilir ki, Çavuşoğlu Baydenin Konqresə göndərdiyi məktubunda həqiqətləri dilə gətirmədiyini bildirib.

“Bu məktub “kopyala-yapışdır” məktubudur. ABŞ rəhbərliyi məktub göndərərkən və ya Konqresə məlumat verərkən həqiqətləri dilə gətirmir. PKK və YPG arasında heç bir fərqin olmadığını yaxşı bilirlər. Bu terror təşkilatına çox yaxşı formada dəstək verirlər. Bu, ABŞ qanunlarına görə cinayətdir. Burada yerləşməyin məqsədinin də İŞİD-ə qarşı mübarizə olmadığını bilirik. Dünyada İŞİD-ə qarşı mübarizə aparan yeganə ordu bizim ordumuzdur”, - nazir qeyd edib.

Çavuşoğlu ABŞ hökumətini yanlış siyasətdən əl çəkməyə çağırıb:

“ABŞ Türkiyəni günahlandırmaq əvəzinə, öz yanlış siyasətlərindən əl çəkməlidir. Ayrıca Amerika xalqına və Konqresinə qarşı daha dürüst olmalıdır”.

ABŞ prezidentinin Konqresə göndərdiyi məktubda Türkiyəyə qarşı bir sıra əsassız ittihamlara yer verib. Məktubda Türkiyənin Suriyada apardığı hərbi əməliyyatların İŞİD-lə mübarizəyə zərər verdiyini bildirilib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45