Çərşənbə axşamı, 16 Aprel

Saakaşvilinin atası oğluna müraciət etdi: ”Xahiş edirəm, aksiyanı dayandır...”

image

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin atası Nikoloz Saakaşvili oğlunu aclıq aksiyasına son qoymağa çağırıb.

Xəbər verilir ki, bu barədə onun "Facebook" səhifəsində paylaşım edilib. O, oğlunu düşmənin dəyirmanına su tökməməyə və indi daha çox mübarizə aparmağa dəvət edib:

"Bu mərhələdə oğlum Mişa ilə başqa heç bir ünsiyyət vasitəm yoxdur. Ümid edirəm ki, heç olmasa sosial şəbəkələr vasitəsilə səsimi ona çatdıra bilərəm. “Mişa, bir həkim və bir ata kimi sənə müraciət edirəm. Aclıq sənin sağlamlığına mənfi təsir edəcək. Xahiş edirəm, aksiyanı dayandır. Gələcəkdə düşmənlərlə mübarizə üçün güc və enerji topla. Bu qərarı ver. Tezliklə görüşərik"”.

Qeyd edək ki, Gürcüstanın eks-prezidenti səkkizinci gündür aclıq aksiyasına başlayıb. Bu gün isə vəkili Baka Basliya onun vəziyyətinin pisləşməsi ilə bağlı məlumat yayıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28
image

Yunanıstanda zəlzələ oldu

  • 14.04.2024 - 14:37
image

DİM bu gün imtahan keçirir

  • 14.04.2024 - 10:55
image

“WhatsApp”da yeni funksiya

  • 13.04.2024 - 17:56
image

Tokayev Ermənistana gedir 

  • 13.04.2024 - 11:45
image

Roberto Kavalli vəfat etdi

  • 13.04.2024 - 11:14