Cümə, 29 Mart

Çətin ki, bir də müharibə olsun - Ohanyan

image

Müharibə təhlükəsi həmişə var, amma yaxın gələcəkdə çətin ki, bu baş versin. Ermənistanın sabiq müdafiə naziri, «Hayastan» müxalifət fraksiyasının rəhbəri Seyran Ohanyan parlamentdə çıxışında belə deyib.

Xəbər verilir ki, Ohanyan bölgədə müəyyən təhlükələr olduğunu, amma bunun Ermənistan hakimiyyəti tərəfindən lazımi səviyyədə təhlil edilmədiyini bildirib.

- Real qiymətmətləndirmə aparmaq, hərbi əməliyyatların başlayacağı barədə nəticələr çıxarmaq üçün Təhlükəsizlik Şurasının, Müdafiə nazirliyinin və Baş Qərargahın məlumatlarına sahib olmalısan. Düşünürəm ki, müharibə təhlükəsi həmişə var, amma hesab edirəm ki, yaxın gələcəkdə və indiki vəziyyətdə bu real deyil,-Ohanyan vurğulayıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45