Şənbə, 20 Aprel

Makron ingilislərin 5 milyon doza vaksinini oğurladı - İttiham

image

Fransa Böyük Britaniya üçün nəzərdə tutulmuş 5 milyon dozaya yaxın “AstraZeneca” peyvəndini mənimsəməkdə ittiham olunur.

Xəbər verilir ki, bu barədə “The Independent” qəzeti yazır.

Martın 22-də “AstraZeneca”nın başçısı Ruud Dobber çoxmilyonlu peyvənd partiyasının Hollandiyadakı “Halix” zavodundan Böyük Britaniyaya gətirilməli olduğunu publik şəkildə elan edib.

Ancaq Fransa lideri Emmanuel Makron Avropa İttifaqı rəhbərliyi ilə əməkdaşlıq edərək partiyanı Fransaya yönləndirib. Nəticədə Hollandiyadan gələn peyvənd dozaları “son anda” məhz Fransaya göndərilib.

Qəzet qeyd edir ki, Fransa gizli şəkildə Baş nazir Boris Consonu “Pfizer” tədarükünü kəsməklə hədələyib. Bu tədarükün kəsilməsi isə İngiltərədə peyvənd proqramını təhlükə altına qoyardı. İnsidentin Conson və Makron arasında ciddi qarşıdurma səbəb olduğu iddia edilir.

Makron Avropa İttifaqını Fransanın bu dərmana daha çox ehtiyac duyduğuna inandırmaq üçün səylər göstərib, baxmayaraq ki, prezident əvvəllər “AstraZeneca”nı “kvazieffektiv” adlandırıb və peyvəndin “gözlədiyimiz kimi işləmədiyini”də israr edib.

Bundan əlavə, Fransa lideri Böyük Britaniyada əhalini peyvənd etmək kampaniyasını tənqid edib, açıqlamanın verildiyi dövr üçün Britaniyada əhalinin hər hansı Avropa ölkəsinə nisbətən daha az peyvənd olunduqlarını vurğulayıb.

Ancaq Britaniya hökumətindən qeyd ediblər ki, Makronun bu “qəzəbləndirici” addımı İngiltərədə “Pfizer” şirkətinin peyvəndləri uğurla tətbiq edilməsə bir çox insanın həyatına başa gələ bilər.

“Fransızlar bizim peyvəndlərimizi oğurladılar, eyni zamanda həmin peyvəndləri açıq şəkildə tənqid etdilər və istifadəsinin təhlükəli olduğunu iddia etdilər. Bu müttəfiqliyə bənzəməyən acıqlandırıcı bir hərəkətdir”, - deyə “The İndepandent” hökumətdəki mənbəyə istinadən bildirir. Əlavə edilir ki, bu mövqe Parisin diqqətinə çatdırılıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20