Cümə, 19 Aprel

Bu jurnalistlər Nobel sülh mükafatına layiq görüldülər - FOTO

image

Filippinli jurnalist Maria Ressa və rusiyalı jurnalist Dmitri Muratov 2021-ci il Nobel Sülh Mükafatına layiq görülüblər.

Xəbər verilir ki, Norveç Nobel Komitəsinin sədri Berit Reiss-Andersen, "Novaya Gazeta" nın baş redaktoru Dmitri Muratov və Filippinli Maria Ressanın demokratiya və ifadə azadlığına xidmətlərinə görə Nobel Sülh Mükafatına layiq görüldüklərini açıqlayıb.

Muratov 1993 -cü ildə Rusiyanın "Novaya qazeta" qəzetinin yaradıcılarından biri olub. "Novaya Gazeta" bu gün Rusiyanın ən müstəqil qəzetidir.

Filippinli jurnalist və yazıçı Maria Ressa isə Filippində yerləşən "Rappler" xəbər portalının həmtəsisçisi və baş direktorudur.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20