Şənbə, 20 Aprel

Yaponiyada zəlzələ nəticəsində 52 nəfər xəsarət alıb

image

Yaponiyanın paytaxtı Tokioda və ətraf ərazilərdə baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 52 nəfərə çatıb.

Xəbər verilir ki, zəlzələ 5,9 maqnitudalı olub.

Xəsarət alanların çoxu Saytama və Tiba prefekturalarının sakinləridir. Yüksəksürətli qatarların hərəkəti bir neçə saat müddətinə dayandırılıb. Səhər saatlarında 140-dan çox qatar xəttə çıxmayıb.

Yeraltı təkanlar nəticəsində paytaxtın bir neçə rayonunda su xətlərinin sıradan çıxdığı qeyd edilir. Seysmoloqlar zəlzələnin afterşoklarının yaxın bir həftə ərzində baş verə biləcəyini bəyan ediblər.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20