Çərşənbə, 24 Aprel

Abşeronda kütləvi davada iki nəfəri qətlə yetirən şəxslərə hökm oxunub

image

Abşeron rayonu, Xırdalan şəhərində kütləvi dava zamanı qətl törədən Bahadur Əliyev və Xəlil Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Xəbərə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Xəlil Məmmədov xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə ittiham olunaraq 18 il 6 ay, Bahadır Əliyev isə ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Qeyd edək ki, kütləvi davada iştirak edən edən digər şəxslər - Tural Quliyev, Yaşar Mövsümov və Rəvan Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Xatıladaq ki, hadisə ötən ilin iyul ayında Xırdalan şəhərinin Mirzə İbrahimov küçəsində qeydə alınıb. Şahidlərin sözlərinə görə, qız üstündə yaranan dava zamanı ən azı 5-6 nəfər yaralanıb. Davada Məmməd Məmmədov və Həsən adlı şəxs hadisə yerində ölüb. 29 yaşlı Tural Quliyev və 29 yaşlı İlqar Yaşar oğlu Həsənəliyev ağır yaralanaraq xəstəxanaya yerləşdirilib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33