Cümə axşamı, 25 Aprel

Vasadze: Tehranın Bakıya qarşı “gizli taktikası”

image

İran mövzusunda danışarkən çox maraqlı bir məqamı qeyd etmək vacibdir. Görəsən, hansı səbəbə görə Tehran qonşu İraqda Türkiyə qoşunlarını və ya Ermənistanda Rusiyanın nəhəng hərbi kontingentini görmür, amma

“Azərbaycanda İsrail ordusu” yuxusunu görür?

Bu barədə açıqlamasında tanınmış gürcü politoloq Gela Vasadze bildirib.

Onun sözlərinə görə, bu yaxınlarda İranın Milli Təhlükəsizlik Şurasının katibi tvit yazıb ki, Tehran qonşu ölkələrdə xarici müdaxilədən razı deyil.

“Söhbət İranın qonşu ölkələrində üçüncü qüvvələrin hərbi iştirakından gedir. Amma nə üçün bu iranlı katib öz tvitini ivrit dilində yazıb? Tehran onun sərhədləri yaxınlığında İsrail hərbçilərinin olduğuna işarə edir? Türkiyənin qoşunları İraqda yerləşir, Rusiyanın böyük hərbi kontingenti isə Ermənistanda saxlanılır, bəs bu tvit niyə türk və ya rus dillərində yazılmayıb? Bu, çox maraqlıdır”, - deyə ekspert qeyd edib.

Onun sözlərinə görə, artıq əminliklə demək olar ki, İran Azərbaycanın ərazi bütövlüyünü istəməyən ölkələrin başında gəlir:

“Bu ölkə hər fürsətdə Azərbaycanı əzməyə çalışır. Hesab etmirəm ki, milyonlarla etnik azərbaycanlının İranda yaşamasına baxmayaraq, Azərbaycan Tehran üçün hansısa təhlükə törədir və İranın aqressiyasının səbəbi budur. Məsələ bundadır ki, İran son illər dini müdaxilə siyasətini seçib. Biz İraq və Suriyada artıq bunu müşahidə etmişik. İranın Azərbaycanda da bunu etməyə çalışmayacağına heç bir zəmanət yoxdur.

Qalan hər şey situativ hərəkətlərdir. Problemin kökü ondan ibarətdir ki, İran Azərbaycan daxilində dini alətlərindən istifadə edərək Azərbaycanın dövlət siyasətinə təsir etməyə çalışacaq. Tehranın gizli taktikası budur”, - deyə müsahibimiz qeyd edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33