Şənbə, 20 Aprel

Azərbaycanda siqaret BAHALAŞACAQ? – AÇIQLAMA

image

Xəbər verdiyimiz kimi, Rusiyada siqaretin qiyməti bahalaşıb. Belə  ki, 135 rubl dəyərində olan siqaretlərin qiyməti 140-145 rubl arası olub.  Həmçinin, qardaş ölkə Türkiyədə də siqarətin qiymətində artım müşahidə edilib. "Philip Morris SA" qrupuna aid siqaretlər ortalama 6,25 faizlə 1 TL artıb. 

Bəs görəsən, qonşu ölkələrdə olan bu qiymət artımı ölkəmizə necə təsir edəcək?

Məsələ ilə bağlı açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, Azərbaycan geniş həcmli olmasa da, Türkiyə və Rusiyadan siqaret məhsullarını idxal edir: “Təbii ki, qiymət artımı idxal olunan həmin məhsulların qiymətində öz əksini tapa bilər. Lakin  il ərzində ölkəmizdə artıq iki dəfə tütün məhsullarının qiymətində artım baş verib. İndiki şərtlər daxilində qiymətlərin bahalaşması alıcılıq gücünü zəiflədəcək faktorlardan biri ola bilər. Nəticədə, daha keyfiyyətsiz və aşağı qiymətli məhsullara doğru tələbin sürüşməsinə və qaçaqmalçılıq yolu ilə məhsulların ölkəyə gətirilməsi cəhdlərinin artmasına gətirib çıxara bilər”.

 İqtisadçının sözlərinə görə, bu gün ölkədə istehlak olunan tütün məhsullarının 85 faizindən artıq hissəsi yerli istehsal hesabına formalaşır: “Bu, idxal olunan məhsulların qiymətinin artırılmasında maneə hesab oluna bilər. Çünki idxalçılar məhsullarına tələbin aşağı düşməsindən çəkinərək, öz mənfəət normalarından qismən imtina etməklə qısa müddətli dövrdə qiymətin bahalaşmasının qarşısını ala bilər. Lakin orta və uzun müddətli dövrdə bu istiqamətdə yaranmış təzyiqlər qiymət artımına gətirib çıxaracaqdır”. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20