Cümə axşamı, 18 Aprel

“Ermənistanı mühəndis və texniki imkanlarla təmin edəcəyik” – Xeyrulla Xademi

image

“Biz Ermənistana həmin yolun tikintisində kömək etməyə hazırıq. İranla Ermənistan arasında dövlətlərarası yolun rəsmi Tehran üçün strateji əhəmiyyəti var”.

Xəbər verilir ki, bu sözləri İranın yol və şəhərsalma nazirinin müavini Xeyrulla Xademi Gorus-Qafan yolunun Azərbaycanın nəzarətinə düşən 21 kilometrlik hissəsinə alternativ yolun çəkilişi ilə tanış olarkən deyib. O Ermənistanı mühəndis və texniki imkanlarla təmin edəcəklərini də diqqətə çatdırıb.

İran-Ermənistan əməkdaşlığından danışan Xeyrulla Xademi rəsmi İrəvanın Şimal-Cunub yolunu da tikdiyini xatırladıb. Yolun şimal hissəsində çox işlərin görüldüyünü deyən iranlı nazir müavini, cənub tərəfdə də tikintinin tezliklə başlayacağına ümid etdiyini vurğulayıb. Bu məsələdə də ölkəsinin Ermənistanla əməkdaşlığa hazır olduğunu bəyan edib.

Qeyd edək ki, Ermənistanın çəkdiyi alternativ yolla hələ iri yük maşınlarının hərəkəti mümkün deyil. Bu isə Ermənistan və İranın arzularını ürəyində qoyur.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28
image

Yunanıstanda zəlzələ oldu

  • 14.04.2024 - 14:37
image

DİM bu gün imtahan keçirir

  • 14.04.2024 - 10:55
image

“WhatsApp”da yeni funksiya

  • 13.04.2024 - 17:56