Şənbə, 20 Aprel

Məşhur rus model islamı qəbul etdi

image

Məşhur rusiyalı model Anastasiya Reşetova islam dinini qəbul etdiyini açıqlayıb.

Xəbər verilir ki, bu barədə o, instaqramda izləyicilərinin suallarını cavablandırarkən bildirib.

“Bir müddət bu haqda danışmırdım. Hesab edirəm ki, bunu yalnız ürəyə ən yaxın olan insanlarla müzakirə etməyə dəyər”, - Reşetova deyib.

Qeyd edək ki, Timatinin eks-sevgilisi, reperə oğlan övladı bəxş edən modelin islamı qəbul etməsi barədə xəbərlər Rusiya KİV-də tez-tez dərc olunurdu, lakin Reşetova bu mövzuda danışmaqdan imtina edirdi. Bir müddət əvvəl onun Ramazan ayının başlaması ilə əlaqədar müsəlmanları təbrik etməsi müzakirələrə səbəb olmuşdu.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20