Cümə, 29 Mart

Pakistanda güclü zəlzələ - zlərlə ölən və yaralanan var 

image

Pakistanın cənubundakı Bəlucistan əyalətində güclü zəlzələ baş verib.

Xəbər verilir ki, bu barədə Dawn qəzeti Pakistanın Təbii Fəlakətlərlə Mübarizə üzrə İdarəsinin nümayəndəsinə istinadən məlumat yayıb.

Məlumata görə, təbii hadisə zamanı yaşayış binası uçub və 20 nəfər dağıntılar altında qalaraq həlak olub. Onlar arasında qadın və 6 uşaq da var.

Qeyd edilir ki, təbii fəlakət zamanı 300-dən çox insan xəsarət alıb.

Nəşrin məlumatına görə, yeraltı təkanlar əyalətin Kvette, Sibbi, Pişine, Çaman və digər şəhərlərində hiss edilib. Hakimiyyət orqanları təbii fəlakətin fəsadlarının aradan qaldırılması və qiymətləndirilməsi ilə məşğuldur. Qeyd edilir ki, əyalətin inzibati binaları dağılıb.

Xatırladaq ki, zəlzələ yerli vaxtla saat 22:01-də (Bakı vaxtı ilə saat 02:01-də) 5,7 maqnitudada baş verib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45