Cümə, 19 Aprel

Tramp üçün PİS XƏBƏR

image

ABŞ-ın keçmiş prezidenti Donald Tramp dünyaca məşhur "Forbes" biznes jurnalının hazırladığı 400 ən varlı amerikalı siyahısına daxil ola bilməyib.

Xəbər verilir ki, keçən il Tramp siyahıda ən varlı amerikalılar arasında 339-cu idi. Bu il isə 2,25 milyard dollar sərvəti ilə ümumiyyətlə siyahıya düşə bilməyib.

Trampın siyahıya sonuncu olaraq daxil olması üçün 400 milyon dollara ehtiyacının olduğu bildirilib.

Qeyd edək ki, eks-prezident 2015-ci ildə milyarderlər arasında 121-ci sırada yer almışdı. Bir çoxları ABŞ prezidentliyinin Trampa 2 milyard dollara başa gəldiyini vurğulayırlar.

Qeyd edək ki, "Forbes" jurnalının hazırladığı siyahıya 4 ildir ki, "Amazon"un qurucusu Ceff Bezos 201 milyard dollarla başçılıq edir

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28