Şənbə, 20 Aprel

İsrailli milyarderi öldürmək istəyən azərbaycanlı killer saxlanıldı - DETALLAR

image

Yunan Kiprində Azərbaycan vətəndaşı saxlanılıb.

Xəbər verilir ki, o, yəhudi milyarder Ted Saqini öldürməyə cəhd edən zaman saxlanılıb.

Ona qarşı Saqini və daha bir neçə şəxsi öldürməyə cəhddə ittiham edirlər.

İsrailin “12-ci kanal”ı isə qətl sifarişinin kommersiya xarakterli olduğunu və Saqinin gəlirli “Forex” bazarına daxil olmasından qaynaqlandığını iddia edir.

Milyarderi İsrail xüsusi xidmət orqanlarında çalışan onlarla cangündənin mühafizə etdiyi bildirilir. Qızlarından birinin ad gününü qeyd edən zaman Saqiyə sui-qəsd etməyə hazırlaşan killer mühafizə xidməti tərəfindən müəyyən edilib. Kipr polisi qısa zamanda onu saxlamağa müvəffəq olub. 

İş adamını öldürmək üçün gələn şəxsin Kiprə Rusiyadan gəldiyi və Azərbaycan pasportundan istifadə etdiyi də məlumatda qeyd olunur.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20