Cümə, 29 Mart

Saakaşvilidən seçkilərlə bağlı açıqlama

image

Gürcüstanda saxlanılan keçmiş prezident Mixail Sakaşvili ölkədə keçirilən yerli seçkinin nəticəsindən məmnun olduğunu dilə gətirib. 

Xəbər verilir ki, bu barədə Gürcüstanın Vahid Milli Hərəkat Partiyasının üzvü Yekaterina Xerxeulidze deyib.

"Ona xəbər verdiyim nəticələrdən çox məmnun qaldı. Tiflisdəki nəticələr onu xüsusilə təsirləndirdi. Şantaj və rüşvət fonunda gürcü xalqının hansı mübarizədən keçdiyini, hansı təzyiq altında seçim etməli olduğunu başa düşür", - deyə o bildirib.

Qeyd edək ki, ötən gün Gürcüstanda yerli özünüidarə orqanlarına seçki keçirilib. MSK-nın məlumatına əsasən, proporsional siyahılara görə Gürcü Arzusu seçicilərin 46,65%-i, Vahid Milli Hərəkat 30,7%-nin səsini alıb.

Heç kimi qalib gəlmədiyi Tiflis meri uğrunda seçkilərin ikinci turu isə 30 oktyabrda keçiriləcək.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45