Cümə axşamı, 28 Mart

Ukraynanın XİN başçısı: “Saakaşviliyə müvafiq dəstək göstəriləcək”

image

“Mixeil Saakaşvili bizim vətəndaşdır və təbii ki, ona müvafiq dəstək göstərəcəyik”.

Xəbər verilir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba yerli mətbuata açıqlamasında deyib.

Onun sözlərinə görə, bu gün səhər Gürcüstan səfirliyinin nümayəndəsi Ukrayna XİN-ə çağırılıb: “Onunla bu məsələ danışılacaq. Biz Ukraynanın hər bir vətəndaşını bəlaya düşdüyü halda müdafiə edirik”.

Qeyd edək ki, Gürcüstanın sabiq prezidenti M.Saakaşvili ötən gün Tbilisidə saxlanılıb. O, hazırda Rustavi şəhərində yerləşən 12 saylı cəzaçəkmə müəssisəsindədir. 2015-ci ildən Ukrayna vətəndaşı olan 53 yaşlı siyasətçi hazırda bu ölkənin İslahatlar üzrə Milli Şurasının İcraiyyə Komitəsinin rəhbəridir.“

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45
image

Sabahdan tətil başa çatır

  • 26.03.2024 - 09:25