Çərşənbə, 24 Aprel

“Mediadakı oyunlara fikir verməyin!“ - İran generalından geniş açıqlama

image

"Bölgəmizdə başqa yerlərdən gələn, çağırılmamış və pozucu təhdid ünsürləri var. İsrailin bu bölgəyə gəlişindən sonra şimal sərhədinə həssaslığımız artıb. Bu ərazidəki fəaliyyətlər tam müşahidəmiz altındadır".

Xəbər verilir ki, bunu İran ordusunun briqada generalı Kəyumərs Heydəri bildirib. Briqada generalı İslam Respublikasının şimal-qərbində keçirilən "Xeybər Fatehləri" təlimlərinin məqsədinə toxunub:

"Silahlı qüvvələrimizin bu bölgədə və digər bölgələrdə keçirdiyi təlimlər silah və texnikanın sınanması və İslam coğrafiyasının hər bir sahəsində silahlı qüvvələrin döyüşə hazırlığının qiymətləndirilməsi məqsədi ilə ətraflı şəkildə planlaşdırılıb. Təlimlərin vaxtı, yeri və manevrlərə qatılan qüvvələrin sayı qaydalara müvafiqdir".

Kəyumərs Heydəri əlavə edib: "İran son iki əsrdə heç vaxt təcavüzkar olmayıb və qonşularına heç bir təhdid baxışı yoxdur. O yalnız özünü müdafiə edib. Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal olunduğu uzun müddət ərzində biz həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyimizi vurğulamış və heç vaxt işğalı təsdiqləməmişik

Ordu komandanı qeyd edib: "Bu təlimlər hazırlığı artırmaq məqsədi daşıyır. Qonşu ölkəmiz də öz məqsədləri üçün bir neçə təlim keçirdiyindən,
İran İslam Respublikası sərhədlərinin şimalında son bir ayda 5 təlim keçirilib. Hazırda Türkiyə ilə sərhədlərimiz yaxınlığında qonşu ölkənin də hərbi
təlimi davam edir".

İranlı general bəyan edib: "İran İslam Respublikası bu bölgədə ölkələrin rəsmi sərhədlərindəki dəyişikliklərə çox həssasdır və bunu məqbul saymır. Bütün qanuni sərhədlər qorunmalıdır. Bir ölkənin sərhədlərini qorumaqda mövcud zəifliyi başqa bir ölkənin xarici yardımla həmin sərhədləri məhv edəcəyi və İran İslam Respublikasının buna icazə verəcəyi anlamına gəlmir".

Bu bölgədə müharibə dövrü var idi və indi təhlükəsizlik və yenidənqurma dövrüdür. Ölkəmizin davranışları bu bölgədə qonşularımızın sabitliyinə və təhlükəsizliyinə böyük bir sübutdur. Azərbaycandan İran İslam Respublikasına və oradan Türkiyəyə, Naxçıvana və ya İran İslam Respublikasından Azərbaycan və Ermənistana yük maşınlarının hərəkəti tam təhlükəsizlik və sabitlik şəraitində həyata keçirilməlidir. Bu məsələdə təhlükəsizliyə, iqtisadi yollara və enerji ötürülməsinə fikir verilməlidir, nəinki media oyunlarına".

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33
image

Bakıda taxta bazarı yanır

  • 20.04.2024 - 18:00
image

Paşinyandan ilk - Açıqlama

  • 20.04.2024 - 14:37