Şənbə, 20 Aprel

Əməkdar artist Gülüstan Əliyeva: “Ermənilər yoldaşımın qəbrini qazıb cəsədi çıxarıblar” - VİDEO

image

30 ildən sonra şəhid həyat yoldaşı – Zahid Əhmədovun Cəbrayıl rayonundakı məzarını ziyarət edən Əməkdar artist Gülüstan Əliyeva onun qəbrinin ermənilər tərəfindən dağıdıldığını açıqlayıb.

Xəbər verilir ki, bu barədə müğənni “Bizimləsən” proqramında danışıb. Əliyevanın sözlərinə görə, ermənilər təkcə insanlara yox, torpağa, qəbirə də təcavüz edib:

“Bütün qəbirlər dağıdılıb. Müqəddəslərin qəbrini altını üstünə çeviriblər. Yoldaşımın başdaşı yaşıl mərmərdən idi. Başdaşı dağıdılmışdı, amma bir qırıq yaşıl mərmər qalmışdı. Onunla tapdım”.

O bildirib ki, ermənilər sağ ikən həyat yoldaşının başına pul qoyubmuş:

“Onu tanıyırdılar. O vaxtkı Hadrutun (Suqovuşan – red.) prokurorunun oğlunu öldürmüşdü. Ermənilər onu öldürmək üçün başına pul qoymuşdular. Ona görə də onun qəbrini dağıdıblar. Bütün qəbrlər bir tərəfdən oyularaq açılıb… Vəhşi erməninin əməlidir ki, qəbirləri açıb dəfn olunanları çıxarıblar. Dəmir parçaları atmışdılar ki, cəsədləri çıxarsınlar. Yoldaşımın da qəbrində böyük oyuq var idi, eləydi. Müsəlmanlarda cəsəd çiyniüstə dəfn olunur. Məhz o tərəfdən qazılıb və çıxarılıb”.

Qeyd edək ki, Z. Əhmədov 1991-ci ildə Qarabağ müharibəsində şəhid olub.

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20