Çərşənbə, 24 Aprel

Qəddarlıqla öldürülən tələbələrin cəsədi tapıldı - FOTO

image

Orenburq vilayətinin Qay şəhərində üç tələbə qızın üzərində zorakılıq əlamətləri olan cəsədi tapılıb.

Xəbər verilir ki, mənzildə yanğın söndürüldükdən sonra xilasedicilər dəhşətli mənzərə ilə üzləşiblər. Həmin ünvanda iki qızın üzərində kəsilmiş-deşilmiş yaralar olan cəsədi tapılıb. Bənzər bədən xəsarətləri alan başqa bir qızın meyiti isə evin həyətində tapılıb.

Qətl günü tibb kollecinin tələbələri evdə qonaqlıq keçiriblər. Evdə spirtli içki butulkası tapılıb.

18 yaşlı Adilə Kərimova və 19 yaşlı Zülfiyə Sanikina mənzildə qətlə yetiriliblər. Onların yeniyetmə rəfiqəsi, 17 yaşlı Ayqız Umetkolova yaralandıqdan sonra küçəyə qaça bilib. Lakin o, yalnız 70 metr qət edə bilib.

Baş verənlərlə əlaqədar İstintaq Komitəsi yoxlamalara başlayıb, həmin gecə qızlarla kimin olduğunu araşdırır. Şübhəli 18 yaşlı Ənvər Sinqizovun fotosu yayılıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33
image

Bakıda taxta bazarı yanır

  • 20.04.2024 - 18:00
image

Paşinyandan ilk - Açıqlama

  • 20.04.2024 - 14:37