Cümə, 29 Mart

 İran Azərbaycana qarşı hərəkətə keçdi – Artıq məzhəb faktorunu qızışdırırlar – AÇIQLAMA

image

“İran ölkəmiz daxilində müəyyən şəbəkəni hərəkətə gətirib. Sosial şəbəkədə dini məzhəb adı altında Azərbaycan dövlətçiliyinə qarşı çağırışlara rast gəlirik. İran etnik zəmində prosesləri qızışdıra bilmədiyindən, məzhəb faktoruna keçib. İsrailə qarşı sionist kimi sözlərdən istifadə edilməsi isə, ölkəmizə qarşı müəyyən bir şəbəkəni qızışdırır”.

Bu fikirləri açıqlamasında politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O bildirib ki, rəsmi Bakı bir neçə il bundan əvvəl Nardaranda mərkəzləşmiş İran şəbəkəsini çökdürdü. İndi bu şəbəkənin üzvləri yenidən aktiv fəaliyyətə keçib: “Azərbaycan güc orqanları İran şəbəkəsinə qarşı ən sərt cəza mexanimzinə keçməlidir. İrandakı səfirimiz məsləhətləşmələr aparmaq üçün geri çağırılmalıdır. Həmçinin İran səfirliyinin dini işçilərini məscidlərə buraxmamaq və onların ölkəmizdən çıxarılmasını tələb etmək lazımdır. İrana qarşı adekavat cavab verilməlidir. Dövlət başçısı cənab İlham Əliyevin İranla bağlı qeydləri göstərir ki, rəsmi Teharn Azərbaycana qarşı düşmənçiliyini davam etirir”.

Politoloq əlavə edib ki, İran Azərbaycana qarşı hərbi təlimlərdən və daxildə məzhəb faktorundan istifadə edərək güc sərgiləyir: “İran Zəngilanda yaradılan İtaliya-İsrail birgə kənd təsərrüfatı layihəsinə və Zəngəzur dəhlizinə qarşı açıq şəkildə çıxır. Keçirdiyi hərbi təlimər və cənub sərhədlərimizə ordu yığması buna əsaslanır. İran Azərbaycan əlaqələrinin pisləşməsi Tehrandan qaynaqlanır və bu ölkə regionda dəyişən geosiyasi nizamı qəbul etmək istəmir. Amma İrana da, bu dəyişiklikləri qəbul etdirəcəyik”.

https://azadsoz.com/M0/1/2021/09/images/20210929_122655_1632904015_1a129a1692.jpg

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45