Çərşənbə, 24 Aprel

Paşinyanın qızı anım günü əsgər əvəzinə araq fotosu paylaşdı

image

Dünən Azərbaycanın tarixi qələbəsi ilə yekunlaşan İkinci Qarabağ müharibəsinin başlanmasının bir ili tamam oldu. Ermənistan mətbuatı, sosial media müharibə zamanı məhv edilmiş işğalçı orduya "yas" tutduğu bir vaxtda, baş nazir Nikol Paşinyanın ailəsi bayram əhval ruhiyyəsində olmasını gizlətməyib.

Xəbər verilir ki, bu barədə yerli media məlumat yayıb. Saytlar buna misal olaraq öz paylaşımları ilə dəfələrlə xalqda qıcıq yaratmış baş nazirin qızı Məryəm Paşinyanın sosial şəbəkələrdə yaydığı araq və duzlu xiyar fotosunu göstəriblər. Artıq onun bu yersiz addımı ictimaiyyət arasında narazılıqla qarşılanıb.

Erməni politoloq Qaqik Hambaryan Paşinyan ailəsinin ölən əsgərlərdən birinin əvəzinə xiyar fotosu paylaşmasını qınayıb.

- Maryam Paşinyan, bir qədər ciddi olun, ayıbdır... Bu içki düşkünü 27 sentyabr, xalqın ağır gününün ildönümünə bir neçə saat qalmış sosial şəbəkələrdən belə bir kefli foto paylaşaraq əsl əhvalını göstərir. Daha sözüm yoxdur...

Qeyd edək ki, Paşinyanın oğlu Aşot da bacısı kimi yerli medianın qınağına tuş gəlib. O Anım günündən bir gün əvvəl çaxır sərgisində dostları ilə gəzərək içkilərin dadına baxırmış. Baş nazirin oğlunun da fotoları sosial mediada narazılıq yaradıb. İnsanlar ölkə rəhbərliyinin ailəliklə müharibədə ölmüş hərbçilərin ruhuna hörmətlə yanaşmadıqlarını düşünrlər.
 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33