Cümə axşamı, 02 May

Merkelin bloku seçkilərdə uduzdu

image

Almaniyada keçirilən parlament seçkilərində Sosial Demokrat Partiyası (SPD) kiçik bir fərqlə qalib gəlib. 

Xəbər verilir ki, ilkin nəticələrə görə, SPD səslərin 25,7 faizini alıb. SPD -nin ən yaxın rəqibi olan Xristian Demokratik Birliyi və Xristian Sosial Birliyi (CDU / CSU) bloku seçicilərin 24,1 faizinin dəstəyini qazanıb. xəbər verir ki, “İttifaq 90 / Yaşıllar Partiyası – 14,8%, Azad Demokrat Partiyası (FDP) – 11,5%, “Almaniya üçün Alternativ” – 10,3% səs toplayıb.

Sol partiyanı seçicilərin 4,9 faizi dəstəkləyib, o, 5 faizlik səddi aşa bilməyib. Lakin bu siyasi qüvvə parlamentdə fraksiya qura biləcək, çünki onun üç nümayəndəsi Berlin və Leypiqdə mandat qazanıb.

Səsvermədən sonra Almaniya kansleri vəzifəsinə hər iki əsas namizəd - Olaf Şolz və Armin Laşet yeni Almaniya hökuməti qurmağa hazır olduqlarını açıqlayıblar. SPD-dən kanslerliyə namizəd Şolz hesab edir ki, Bundestaq seçkilərinin nəticələrindən sonra partiyası seçicilərdən hökumət qurmaq üçün mandat alıb. Öz növbəsində, Laşet CDU / CSU-nun federal hökumət qurmaq üçün mümkün olan hər şeyi edəcəyini bildirib.

Almaniyadakı seçkilərdə seçici fəallığı 76% olub. 2017 -ci ildə keçirilən əvvəlki parlament seçkilərində seçicilərin 76,2 faizi iştirak edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15