Şənbə, 20 Aprel

Bakı sakini anası və xalasını bıçaqladı

image

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Xəbər verilir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

Belə ki, 1972-ci il təvəllüdlü Mirzəyeva Zöhrə Şirxan qızı oğlu Orxan Mirzəyevlə mübahisə edib. Mübahisə zamanı O.Mirzəyev anasına bıçaqla bir neçə zərbə vuraraq ağır xəsarətlər yetirib.

Hadisəni törədən şəxsin xalası 1977-ci il təvəllüdlü Şirinova Zöhrə Şirxan qızı da tərəfləri ayırmaq istəyərkən bıçaqlanıb.

Ağır xəsarət alan qadınlar xəstəxanaya çatdırılıb.

Həkimlərin verdiyi məlumata görə, Z.Mirzəyevanın vəziyyəti ağırdır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20